26 May 18:46
825

Babamın səhhətində bəzi problemlər yaranmışdı, ancaq indi evdədir və şükür vəziyyəti yaxşıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında parkinson xəstəliyindən əziyyət çəkən Xalq şairi Musa Yaqubun nəvəsi Nərgiz Gəray bildirib.

O, Musa Yaqubun İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib: "Qan təzyiqində problem vardı, həkimlər yoxladı, dərmanlarını tənzimlədilər, evə gəldi. Həkimlər deyir ki, mütləq istirahət etməlidir. Biz də əlimizdən gələni edirik".


Müəllif: Teleqraf.com