27 May 2019 09:23
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Bakıpost.az-ın məlumatına görə, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavin Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.

Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.

Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər