Rusiyanın Perm vilayətinin Solikams şəhərində Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Rusiyanın Solikamski şəhər admnistrasiyasının dəstəyi, "Üçüncü Sektor" İctimai Birliyi, Solikamskidə Azərbaycan diasporunun və Azərbaycan Diasporu İnformasiya Mətkəzinin təşkilatçılığı ilə Rusiya və Azərbaycan gənclərinin birinci Qarabağ forumu keçirilib.
Forumda Perm vilayətinin və Solikamski şəhər adminstrasiyası rəhbərinin müavini İnna İqrovna, Solikamski şəhərinin deputatı Pers Renqoldoviç, şəhər administrasiyasının siyasi şöbəsinin rəhbəri Lilya Balikova, şəhər gənclər komitəsinin sədri Anastasiya Viktorovna, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, şəhərin deputatı Peliç Valiter, Perm vilayəti üzrə Azərbaycan Diasporunun sədri Çingiz İsayev, Solikamskidə Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Perm gənclər birliyinin sədri Rəşad Əkbərov, Salikamski Gənclər Birliyinin sədri Gülzar Kazımova, siyasətçilər, dövlət və ictimai xadimlər, gənclər, media quruluşlarının təmsilçiləri iştirak ediblər.
Solikamski şəhər adminstrasiyası rəhbərinin müavini İnna İqrovna çıxış edərək qonaqları salamlayıb və Azərbaycan xalqını Respublika günü münasibəti ilə təbrik edərək Azərbaycan -Rusiya əlaüələrindən söz açıb.
Solikamski şəhərinin deputatı Pers Renqoldoviç qeyd edib ki, Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin xarici siyasət fəsləsəfinin, doktrinasının ən başlıca vəzifəsi vahid tarix və mədəniyyət fonunda Azərbaycanın öz qonşuları ilə normal münasibətlər qurması olub. Azərbaycanla həm qonşu dövlətlər və xalqlar kimi, həm də bir ittifaq içərisində ən yaxın iki müttəfiq respublika kimi fəaliyyət göstərmişik. Eyni zamanda faşizmə qarşı mübarizədə çiyin-çiyin eyni taleyi bölüşmüşük. Belə olan təqdirdə Azərbaycanla Rusiyanı fərqli səngərlərə sürükləmək mümkün deyil.
Şəhər gənclər komitəsinin sədri Anastasiya Viktorovna Azərbaycan və Rus gənclərinin ortaq dəyərlə sahib olduğunu bildirərək, 1941-45-ci illərdə azərbaycanlı iştirakçılardan və Bakı neftinin əhəmiyyətindən söz açıb.
T.Allahverdili çıxışında Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında gənclərin böyük əhəmiyyət daşıdığını bildirib.
Çingiz İsayev iştirakçıları salamlayaraq, 28 May Respublika Gününün hər bir azərbaycanlı üçün dəyərli tarix olduğunu diqqətə çatdırıb.
Uğur Əfəndiyev hər iki xalqın qardaşlıq, dostluq əlaqələrindən danışıb.
Perm vilayəti üzrə Azərbaycan diasporunun gənclər birliyinin sədri Rəşad Əkbərov qeyd edib ki, Perm vilayətində ilk dəfə keçirilən bu tədbir hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya mübadiləsinin aparılmasında əvəzsiz rol oynayacaq.
Daha sonra forum Respublika gününə həsr olunmuş film nümayiş olunub, sonra müzakirələr davam edib.