Gədəbəy rayonunda elektrik enerjisinin verilişi bərpa edilib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, mayın 28-də Gədəbəy rayonunda güclü leysan rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub. Təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaratsa da hazırda regionda elektrik enerjisinin verilişi bərpa olunub: “Güclü yağış-leysanla əlaqədar 35 kilovoltluq Slavyanka yarımstansiyasından 10 kilovoltluq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırıb. Mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olsa da, hazırda elektrik verilişi tam bərpa olunub”, - deyə T.Mustafayev bildirib.
T.Mustafayev həmçinin qeyd edib ki, bu gün Gəncədə də yağışlı hava şəraiti hökm sürüb, dolu yağıb. Burada da “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görüb.