Bakının “Olimpiya” stadionunda keçirilmiş UEFA Avropa Liqasının final oyunundan əvvəl meydanın qarşısında baş vermiş olay türk mediasının diqqətini çəkib.
Teleqraf.com xəbər verir ki, türk mediası oyundan əvvəl Türkiyənin “Fənənbağça” futbol klubunun azarkeşinin pankart açmasına yer ayırıb.
“Fənənbağça” forması geyinin bir azarkeşin “Olimpiya” stadionu qarşısında açdığı pankartda “Məsud Özil “Fənənbağça”ya...” sözləri yazılıb.
Türk futbolçu Məsud Özil hazırda İngiltərənin “Arsenal” futbol klubunun şərəfini qoruyur.
Qeyd edək ki, mayın 29-da “Olimpiya” stadionunda baş tutan final oyununda “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək, Avro Liqanın çempionu adını qazanıb.