30 May 2019 08:17
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Tərtər rayonunda məlumatlandırma sessiyası keçirib.

Tədbirdə Tərtər rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 34 saylı, 36 saylı tam orta məktəbi, Laçın rayon Nərmaniyə ümumi orta məktəbi, Laçın rayon Çaylı ümumi orta məktəbi və Tərtər rayon Şıxarx kənd 2 saylı tam orta məktəbin çalışan 32 müəllim iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Tərtər rayon Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev bildirib ki, hər bir müəllimin dərslərdə informasiya kommunikasiya texnologiyalarından istifadə etməsi günün tələbidir.

Tofiq Hacıyev rəhbərlik etdiyi yeni inşa olunan məktəbdə müvafiq texniki imkanların yaradıldığını və müəllimlərin informasiya kommunikasiya texnologiyalarından istifadə sahəsində bacarıqlarının artırılmasının vacibliyini qeyd edib.

Daha sonra çıxış edən layihə rəhbəri Mehman Hüseynov həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verib.
Layihə rəhbəri vurğulayıb ki, “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi məcburi köçkün məktəblərində çalışan müəllimlərin təhsillə sahəsinə aid elektron resurslarla bağlı məlumatlılığının artırılmasını nəzərdə tutur: “Layihənin əsas məqsədi məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilir. Şura özü elektron xidmətlərinin sayını artırmaqla yanaşı, həm də elektron xidmətlərin təbliği ilə bağlı fəaliyyətə dəstək verir ki, bu da təqdiredicidir. İcra etdiyimiz “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi də bunlardan biridir”.

Daha sonra məruzə ilə çıxış edən Xalid Kazımov təhsil sahəsinə aid elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verib.
Məruzəçi helektron hökumət portalında qeydiyyat, bu portal üzərindən göstərilən elektron xidmətlərdən istifadə ilə bağlı iştirakçılara məlumat verməklə yanaşı, həm də bu prosedurları əyani nümayiş etdirib.

Daha sonra məruzəçi elektron hökumət portalı, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi vasitəsilə, o cümlədən digər portallar üzərindən göstərilən elektron xidmətlərlə bağlı iştirakçıları məlumatlandırıb.

Tədbir zamanı iştirakçılara elektron dərslik, elektron testlər, elektron tapşırıqlar, video dərslər, səsli dərsliklər, müəllimlərin peşəkar inkişafı üçün mövcud olan imkanlar barədə məlumat çatdırılıb.

Məruzəçi daha sonra iştirakçılara e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanı yaradır. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradır.

Daha sonra http://vetendas.e-qht.az/ bölməsində qeydiyyat və layihələrə rəy yazmaq proseduru tədbir iştirakçılarına əyani olaraq da göstərilib.

Qeyd edək ki, tədbir zamanı elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadədə köməklik göstərilib. İştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet paylanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər