Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, profesor İlham Rəhimov Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutunun fəxri professoru adına layiq görülüb.
Teleqraf.com-un məlumatına görə, bir neçə gün öncə, Sankt-Peterburqda keçirilən təntənəli mərasimdə professor İ.Rəhimova institutun diplom və vəsiqəsi təqdim olunub.
Qeyd edək ki, nüfuzlu Smolnı İnstitutu çevik təşkilati təhsil sistemi olan çoxprofilli ali məktəb kimi yaradılıb. İnstitut 10 istiqamət üzrə diplomlu mütəxəssislər, bakalavrlar və informasiya sistemləri magistrlərinin hazırlanmasını həyata keçirir. İnstitutda 57 doktor və elmlər namizədi işləyir.