30 May 2019 13:20
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqda danışarkən deyib. O bildirib ki, ikili diplom proqramlarının təsis edilməsi ilə tələbələr ölkəmizdə dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqları Azərbaycan Dövlət Neft Fondu tərəfindən ödəniləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər