8 Sentyabr 2014 14:53
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq, cari ilin avqust ayında işəgötürənlər tərəfindən ümumilikdə 22 944 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qeyd olunan vəsaitin 19 102 manatı əmək haqlarından, 2 120 manatı zərərə görə ödənclərdən, 1 722 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub.

Bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının tədricən azalması ilə müşahidə olunur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği 18,2 faiz azalıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər