Bu gün ənənəvi "Sabir poeziya günləri"nin yekun tədbiri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tədbir 31 may tarixində saat 18:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.
Mərasimdə xalq yazıçısı Anar, xalq şairləri Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vahid Əziz, eləcə də Rəşad Məcid, əməkdar artist Ağalar Bayramov, digər tanınmış ədəbiyyat və incəsənət xadimləri iştirak edəcəklər.
Tədbiri şair, yazıçı Əjdər Ol aparacaq.
Maraqlananlar dəvət olunur.