Cümhuriyyət Araşdırma Mərkəzi (CAM) adlı yeni qurumn təsis edilib.
Teleqraf.com xəbər verir ki, CAM respublikaçı ideyaların məzmununu, təsirini, respublika idarəçilik formasının təşkilini, çeşidlərini, onun başqa idarəçilik formalarından fərqini, respublikaçılığın siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və tarixi çəhətlərini araşdıran düşüncə mərkəzidir.
CAM-ın təsisçiləri Natiq Cəfərli və Vəfa Rüstəmdir.
Mərkəzin İdarə Heyətinə Natiq Cəfərli, Vəfa Rüstəm, Erkin Qədirli, Rəhman Bədəlov, Şəhla Hümbətova, Cavad Cavadov və Rəşad Şirinov daxildir.
CAM-ın direktoru Natiq Cəfərlidir.