31 May 2019 16:35
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti ildən Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbləri ləğv olunacaq.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib.

O bildirib ki, buna səbəb həmin məktəblərə 10-cu sinfi bitirən şagirdlərin müraciət etməməsidir: "Yəni bu gün ölkədə icbari təhsil 9 illik olduğundan ötən ildən qəbul dayandırılıb.

Əvvəl icbari təhsil 11 illik idi. Axşam məktəblərində isə 2 illik dərs 3 ilə keçirilirdi. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Artıq 10-cu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq".

F.Həmzıyev qeyd edib ki, axşam məktəblərində 18-dən yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alırdı./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər