1 İyun 2019 07:46
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ötən illərdə vətəndaşlara saxta əlilliyə görə verilən ödənişlər və digər qanunsuz sosial ayırmaların geri qaytarılmasına ciddi nəzarət edilir.

Teleqraf.com xəbər verir ki, n məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Sahil Babayev əlavə edib ki, artıq 11 min vətəndaş elektron pensiya sistemindən, 100 min vətəndaş isə e-sosial portalından yaralanıb.

Nazir ölkəmizdə özəl pensiya fondalarının fəaliyyəti üçün zəmin hazırlandığını da diqqətə çatdırıb:
"Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi və tətbiq olunma, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müafiq normativlər hazırlanacaq"

Sahil Babayev bu ilin sonuna kimi ən azı 1 DOST mərkəzinin açılacağını bildirib. Hazırda fəaliyyətdə olan ilk DOST mərkəzində isə artıq 3 min vətəndaşa xidmət göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər