1 İyun 2019 13:45
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasının çempionu "Mançester Siti" futbol klubu QNET-lə birlikdə futbolu və İngiltərəni sevən yeniyetmələr üçün müsabiqə hazırlamışdır. Mükafat Mançester şəhərində yerləşən "City Football Language School" məktəbinə 2 həftəlik səyahətdir.

Müsabiqə ilk dəfə deyil ki, keçirilir. Sözügedən müsabiqədə dünyanın müxtəlif ölkələrindən yeniyetmələr iştirak edir. 2017-ci ildə İndoneziyadan 4 qalib "City Football Language School" məktəbinə səfər etmişdilər. Bu il iştirakçılara Azərbaycan və MDB ölkələri də qatılır və bu ölkələrdən idman düşərgəsinə 3 qalib yollanacaq. 12-17 yaşarasında, ingilis dili biliyi ən azı baza səviyyəsində olan və etibarlı pasporta sahib yeniyetmələr konkursda iştirak edə bilər.

Viza, biletlər, yaşayış və qidalanma təşkilatçı şirkət tərəfindən təmin edilir. Qaliblər "City Football Language School" məktəbinə yollanacaq və orada ingilis dilini və futbol fəndlərini öyrənəcəklər.

"City Football Language School"da yeniyetmələri 15 saat ingilis dili dərsləri və hər həftə 15 saat futbol təlimi gözləyir. Futbol məşqləri tanınmış məşqçilərin nəzarəti altında "Mançester Siti" komandasının məşq etdiyi "Etihad" stadionunda keçiriləcək. Yeniyetmələr dil məşğələlərində dinləmələrdə, diskusiyalarda, sorğularda və viktorinalarda iştirak edəcəklər və qrup şəklində futbol mövzusunda layihələr hazırlayacaqlar. Təlim ingilis dili biliyini mükəmməlləşdirməyə və futbol haqqında çoxlu yeni biliklər əldə etməyə köməklik göstərəcək.

Daha sonra iştirakçılar öyrəndiklərini praktikada istifadə edəcəklər: KİV üçün press-konfranslarda və müsahibələrdə iştirak edəcəklər. Özlərini futbol şərhçisi və analitiki qismində sınayacaqlar. Təhsil proqramının sonunda müəllimlər hər bir tələbənin uğurları haqqında hesabat verəcək və onlara sertifikat təqdim edəcəklər.

Konkurs QNET-in Rusiyadakı rəsmi İnstaqram səhifəsində aparılır, şərtlərdən biri - iştirakçının futbol oynadığı zaman video çəkib videonu səhifədə yerləşdirmək, özü və futbola sevgisi barədə inşa yazmaqdır. Azərbaycan və MDB ölkələrində konkurs 1 iyun tarixində başlayacaq. 21 iyunda münsiflər heyəti qalibləri seçəcək. Qalib gəlmək şansı hamıda var.

Təşkilatçılar hesab edir ki, bu cür tədbirlər istedadları müəyyən etməyə köməklik edir və idman sahəsində uğur əldə etməyə can atanlara şans verir.

QNET haqqında - Böyük beynəlxalq şirkətdir. Sağlam həyat tərzinə aparan geniş çeşiddə məhsullar və premium seqmentindən olan məhsullar təklif edir. Brendin əsası 1998-ci ildən Hon-Konqda qoyulmuşdur. Məhsulların satışı 100-dən çox ölkədə həyata keçirilir. Şirkət Malayziya, Sinqapur, Filippin, İndoneziya və BƏƏ-də Birbaşa Satış Assosiasiyalarının üzvüdür. Şərqdə birbaşa satış üzrə lider olaraq QNET fəal sosial mövqeyini qoruyur, mütəmadi olaraq xeyriyyə tədbirlərini təşkil edir, aztəminatlılara yardım edir. Şirkət həmçinin "Mançester Siti" futbol klubunun sponsorudur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər