8 Sentyabr 2014 16:06
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonundakı yeganə musiqi məktəbinin acınacaqlı durumda olması barədə mətbuatda kifayət qədər məlumat verilib. Aşıq Şakirin doğulub boya-başa çatdığı bu rayonda musiqiyə böyük həvəs olsa da, təəssüf ki, bu həvəsin realizə olunması üçün şərait yoxdur.


Rayon sakinləri bildirirlər ki, Musiqi Məktəbi dağınıq olmaqla yanaşı, otaqlarda nəmişlik hökm sürür. Məktəbin tavan və döşəmələri çürüməkdədir. Otaqlarda yayda rütubətdən, iydən, qışda isə soyuqdan otrmaq mümkün deyil.

Xəstəlik mənbəyi olan siniflərdə demək olar ki, dərs keçmək mümkün deyil.

Qeyd edək ki, Kürdəmir musiqi məktəbi 1966 cı ildə görkəmli bəstəkar Qara Qarayevin şəxsi təşəbbüsü ilə açılıb. 2016 cı ildə məktəbin 50 illiyi tamam olacaq. Rayon sakinləri bildirirlər ki, bu cür şəraitdə peşəkar musiqiçi yetişdirmək mümkün deyil. Şəraitsizlik insanların musiqiyə olan az-çox marağını öldürür, onları başqa istiqamətlərə üz tutmağa vadar edir.

Rayon sakinləri Kürdəmirin icra başçısı Ceyhun Cəfərovdan Musiqi Məktəbinin abadlaşdırılmasına xüsusi önəm verməsini istəyirlər.

Ruslan


Müəllif:

Oxşar xəbərlər