Bakının iki qəsəbəsində su olmayacaq.
“Azərsu” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar iyunun 3-də gün ərzində Suraxanı rayonu Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.