Quba Rayon İcra Hakimiyyətinin başçısı 4 yaşlı həmkəndlisini xilas edən məktəbli Dəyanət İsrafilovu qəbul edib.
Teleqraf.com-un məlumatına görə, rayonun Cimi kənd orta məktəbinin VI sinif şagirdi İsrafilov Dəyanət 4 yaşlı Qızbikəni sel sularından xilas edib. Çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb.
Dəyanəti Quba Rayon İcra Hakimiyyətinin başçısı qəbul edib və ona Milli qəhrəman Mübariz İbrahimovun portretini hədiyyə edib.
Qeyd edək ki, hadisə mayın 22-də baş verib.