Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “İnternet informasiya resurslarında milli maraqlar və vətəndaş təhlükəsizliyinin qorunması” layihəsi çərçivəsində Quba rayonunda ictimai müzakirə keçirib.
Teleqraf.com xəbər verir ki, Quba rayon Gənclər Mərkəzində keçirilən təbdirdə rayon ictimaiyyəti və QHT-lərin nümayəndələri, fəal gənclər, sosial media aktivlləri, bloggerlər iştirak ediblər.
Layihənin əsas məqsədi internet resurslarında informasiya təhlükəsizliyini - dövlət sirlərinin, toplum və vətəndaş təhlükəsizliyinin əleyhinə olan məlumatların, radikal cərəyanların fəaliyyətini təbliğ edən reklam xarakterli informalasıyaların yayılmasının qarşısını almaq üçün maarifləndirmə və ictimai müqavimətin təşkildir.
Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq müzakirənin əsas məqsələri haqqında məlumat verib. Rəfail Becanov çıxışında qeyd edib ki, ölkədə diqqətdə saxlanılmalı ən vacib məsələ informasiya resurslarının sürətli inkişafı fonunda informasiya təhlükəsizliyinin qorunmasıdır.
Layihənin ekspertləri Vilayət Muxtar, Mehriban Sadıqova çıxışında internetdən düzgün istifadə etmədikdə yaranan problemlərdən və digər məsələlərdən danışıblar.
Tədbirdə Quba rayon İcra Hakimiyyəti humanitar və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva, Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev də çıxış edib.
Tədbirin yekununda müzakirə iştirakçıları çıxış edərək problemin səbəbləri və onun aradan qaldırılması yolları haqqında öz fikirlərini bildiriblər.