Bu gün İçərişəhərdə "Birlik" Xeyriyyə Təşkilatı tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə təşkilatın məsul şəxsləri Murad Qulubəyli, Cəlil Xuduyev, paytaxtın 3 internat məktəbindən ümumilikdə 36 uşaq, media nümayəndələri və sənətçilər iştirak edib. Tədbirin musiqili hissəsində əməkdar artist Tünzalə Əliyeva və müğənni Xəyyam Nissanov çıxış edib.
Tədbirdə həmçinin uşaqlar üçün animasiya-şou nümayiş etdirilib.
Sonda uşaqlara təşkilat tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Birlik" xeyriyyə təşkilatı 2012-ci ildən uşaqlar üçün tədbirlər həyata keçirir.