9 İyun 2019 09:28
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf.com-a verilən məlumata görə, imtahanlar Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəzərdə tutulub.

Ümumilikdə 40 234 şagird imtahan verəcək.

İmtahan saat 11:00-da başlayır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün ümumilikdə 89 imtahan mərkəzi ayrılıb.

İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 3340 nəzarətçi‑müəllim, 286 buraxılışı təşkil edən əməkdaş, 89 bina nümayəndəsi ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər