9 İyun 2019 11:44
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov "Jurnalistlər binası"nın sakinləri ilə görüş keçirib.

"Report" xəbər verir ki, görüşün məqsədi istifadəyə verilmiş iki bina sakinlərinin və ətraf ərazilərin problemləri ilə maraqlanmaq, onların həll olunması istiqamətində müvafiq tədbirləri həyata keçirməkdir.

Zeynalov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində artıq jurnalistlər üçün iki bina istifadəyə verilib və üçüncü binanın tikintisi də başa çatmaq üzrədir: "Bu baxımdan, media təmsilçilərinin qayğılarını öyrənmək, problemlərin həllində bilavasitə iştirakçı olmaq Səbail RİH-nin birbaşa vəzifələrindən biridir".

Jurnalistlərin təkliflərini dinləyən Vüqar Zeynalov onların hər biri ilə ayrı-ayrılıqda maraqlanacağını və qısa zamanda həll olunacağını bildirib.

Qeyd edək ki, jurnalistlərin müraciətləri əsasən sosial infrastruktur, abadlıq, yol, nəqliyyat, iaşə xidməti və digər məsələlərlə bağlı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər