Alov nazirliyin yanğınsöndürənlərinin səyi nəticəsində söndürülüb
Astara rayonunda həyətyanı sahədə yanğın olub.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Səncərədi kəndində ümumi sahəsi 1200 kvadratmetr olan həyətdə 400 kvadratmetr sahədə kol-kos, ağaclar, həmçinin bələdiyyə ərazisində 2100 kvadratmetr sahədə kol-kos yanıb.
Alov nazirliyin yanğınsöndürənlərinin səyi nəticəsində söndürülüb, həyətyanı sahənin qalan hissəsi yanğından mühafizə olunub.