14 İyun 2019 14:12
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həlimə xanımın səhhətində problemlər vardı, buna görə İstanbulda müalicə alırdı”.

Mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı Teleqraf.com-a danışan Elçibəyin köməkçisi Oqtay Qasımov belə deyib.

O, qeyd edib ki, bu barədə Həlimə xanımın kürəkəni Aqil Səmədbəyli ilə danışıb:

“Həlimə xanım uzun müddətdir qızı ilə birgə İstanbulda yaşayırdı, səhhətində müəyyən narahatlıqlar vardı. Buna görə də müalicə olunurdu. Səhhətində hansı problemin olduğu haqda məlumatım yoxdur, Aqil bəylə danışanda səhhətində problemlərin olduğunu deyirdi. Aqil bəy mənə problemin nədən ibarət olduğunu demədiyi üçün mən də soruşmadım.

Sadəcə xeyli vaxtdır həkim nəzarətində olduğunu dedi”.

Aqil Səmədbəyli isə Həlimə Əliyevanın dünən gecə səhhətinin gözlənilmədən pisləşdiyini və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Həkimlərin cəhdlərinə baxmayaraq, keçmiş prezidentin həyat yoldaşı reanimasiyadan ayılmayıb.

Qeyd edək ki, Həlimə Əliyeva bu gün Türkiyədə vəfat edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər