15 İyun 2019 00:06
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Murad Köhnəqalanın belə tezliklə azadlığa buraxılacağını gözləmirdim. 10 gün müddətində Muradın ailəsi, dostları tələb olunan vəsaiti ödəməsəydilər, onu buraxmayacaqdılar. İş elə gətirdi ki, məsələyə millət vəkili Qənirə Paşayeva, Avrasiya Mətbuat Fondunun prezidenti, Muradın tələbə yoldaşı Umud Rəhimoğlu qarışdı. Onların köməkliyi ilə Murad azadlığa buraxıldı".

Bunu Teleqraf.com-a açıqlamasında tanınmış şair Murad Köhnəqalanın həyat yoldaşı Şəlalə Göytürk bildirib.

O bildirib ki, Muradı azadlığa həmin vəsaiti ödəməsi üçün buraxıblar: "Murad özü sabah Bakıda olacaq, bu məsələlər barədə ətraflı məlumat verəcək. Sizə də məsələni diqqətdə saxladığınız üçün təşəkkür edirəm".

Qeyd edək ki, Tovuz Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov iyunun 12-də Murad Köhnəqala barəsində 15 sutka müddətində inzibati həbs qərarı çıxarıb. Buna səbəb kimi onun keçmiş ailəsinə 12 min manat aliment borcunu ödəməməsi göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər