16 İyun 2019 17:37
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkənin Gömrük Baş İdarəsinin sədri Əhməd bin Abdullah Əl Camal ilə iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin intensivləşdirilməsi imkanları və idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin qarşılıqlı tanınması məsələsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, görüşdə dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açaraq son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaradılan hüquq-müqavilə bazasının əhəmiyyətindən bəhs edilib.

Eyni zamanda, malların ixracı zamanı sənədlərin təsdiqi prosesinin müəyyən vaxt itkisinə səbəb olduğu nəzərə alınaraq, iki ölkə arasında mənşə, baytarlıq, fitosanitar və digər bu kimi sertifikatların qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına stimul verəcəyi qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər