Bir sıra ölkələrdə "Gmail" elektron poçt xidmətinin işində problemlər müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya, Almaniya və Avstriyada qeydə alınıb.
Bildirilir ki, istifadəçilərin şikayətlərinin 42 faizi ismarıcların alınması ilə bağlı problemlərlə, 40 faizi hesaba daxil olmada müşahidə edilən problemlərlə, 16 faizi isə saytın işində problemlərlə üzləşiblər.