Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq istəyən bakalavrlara müraciət edib.
Mərkəzdən Teleqraf.com-a bildirilib ki, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün saat 23.59-da başa catacaq.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunub ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız 18 iyun saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.