18 İyun 2019 10:13
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi.

Bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Z.Həsənov bildirib ki, ermənilər əlacsız qalıb hətta qocaları səfərbər edib cəbhəyə göndərdilər, ancaq onlar da gəlib çıxa bilmədi.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar uğurla davam edir:

“Bütün əsas istiqamətlərdə ordu inkişaf edir. Bunu beynəlxalq qurumlar da təsdiq edir. İslahatların əsas istiqaməti ordunu yeni müasir silah-texnika ilə təmin etmək, ordunun döyüş qabiliyyətini yüksəltmək, ordunun infrastrukturunu inkişaf etdirmək və sairədir. Ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində böyük işlər görülür. Biz tez-tez iri miqyaslı təlimlər keçiririk. Müasir təlim mərkəzlərimiz var. Bizim təlimlərimiz müasir, döyüş vəziyyətinə maksimal yaxın vəziyyətdə keçirilir. Günü-gündən təlimlərə daha böyük hissə və birləşmələri cəlb edirik”./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər