18 İyun 2019 15:55
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, işğal olunmuş ərazilərdə aparılan turizm fəaliyyətlərinin qarşısını almaq üçün Ümumdünya Turizm Təşkilatının əlində hər hansı təsir mexanizmi yoxdur. Bu səbəbdən sözügedən istiqamətdə fəaliyyət göstərmək üçün hər hansı plana malik deyilik.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında ÜTT-nin baş katibi Zurab Pololikaşvili bildirib.

İşğal olunmuş ərazilərdə qanunsuz turizm fəaliyyətinə dair sualı cavablandıran baş katib qeyd edib ki, turizmi yalnız sülh məqsədləri üçün istifadə etmək lazımdır:

“Təəssüf ki, işğal olunmuş ərazilərlə bağlı hər hansı tövsiyə verə, fəaliyyət göstərə bilmirik. Mən bir ildir baş katib vəzifəsində çalşıram və bilirəm ki, təşkilatın belə çətin, mürəkkəb məsələlərdə iştirak etməsi o qədər də asan deyil. Ancaq bir daha vurğalamaq istəyirəm ki, biz turizmi dinc fəaliyyət kimi qəbul edirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər