Milli Məclisin deputatı Sahibə Qafarova Qadın Siyasi Liderlərin 2019-cu il sammitində iştirak etmək üçün sabah Tokio şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən həyata keçirilir.
Toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərinin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.