24 İyun 2019 18:08
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əsilli müğənni Sami Yusuf Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi öz "İnstagram" hesabından məlumat verib.

Sənətçi Dənizkənarı Milli Parkda çəkdirdiyi fotonu paylaşaraq "Gözel Bakıdan həzz alıram" deyə yazıb.

Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslamın ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur ingilis müsəlmanı” elan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər