9 Sentyabr 2014 18:25
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər sakini sərxoş vəziyyətdə intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1979-cu il təvəllüdlü Vüqar Rüstəmov sol qolu kəsilmiş vəziyyətdə xəstəxanaya daxil olub. Ağır vəziyyətdə olan V. Rüstəmova dərhal tibbi yardım göstərilib və onu xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, 35 yaşlı Vüqar Rüstəmov intihar məqsədilə bıçaqla sol qolunu kəsib. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər