Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 27 -də Şəki şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, qəbul barədə əlavə məlumat veriləcək.
İyunun 27 -də nazirin birinci müavini Rəfail Mirzəyev Balakən şəhərində, nazir müavini Etibar Mirzəyev isə Zaqatala şəhərində vətəndaşları qəbul edəcək.