27 İyun 2019 11:20
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması təklif olunur. Bu yeganə təklifdi və abidənin başqa məkanda qoyulması gündəmə gəlməyib".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, Tağıyevin heykəlinin forması ilə bağlı təkliflər hələki müzakirə mərhələsindədir: "Müsabiqə iyunun 30-da başa çatacaq və sonra münsiflər heyəti ən layiqli layihəni seçəcək. Tağıyevin heykəlinin isə "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması təklif olunur. Hələlik bundan başqa bir təklif yoxdur".

İttifaq sədri əlavə edib ki, Azərbaycanın görkəmli memarları - Mikayıl Hüseynov və Sadıq Dadaşova da heykəl qoyulması planlaşdırılır: "Artıq heykəllərin eskizləri hazırdı, Mədəniyyət Nazirliyinə təqdim edilib".


Müəllif: Teleqraf.com