Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.
Günel Səmədağa qızı Aslanova Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinə müdir təyin olunub.
O, bu təyinatadək həmin şöbənin mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, bundan əvvəl Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsini Vüqar Şıxməmmədov icra edib. O daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub. /Report/