27 İyun 2019 16:06
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşünürəm ki, məhkəmələrin fəaliyyətinə birtərəfli qiymət vermək cəhdlərindən çəkinmək lazımdır”.

Teleqraf.com E-huquq.az-a istinadən xəbər verir ki, bunu Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov deyib.

M. Əkbərov deyib ki, bir məhkəmənin səhvi prosessual müstəvidə digər məhkəmə tərəfindən aradan qaldırıla bilər: “Məhkəmə səhvləri adlanan və bütün ölkələr tərəfindən eyni tərzdə qəbul olunan bir bir termin vardır - məhkəmə səhvləri olub, bu gün də var və heç şübhəsiz ki, gələcəkdə də olacaqdır”.

Məhkəmə sədri təəssüflə qeyd edib ki, cəmiyyətdə hansısa tərəfin maraqlarına uyğun olmayan məhkəmə qərarı qəbul edildikdə, həmin qərar ictimaiyyət arasında istehza ilə müzakirə edilir.

“Qərarı qəbul etmiş məhkəmə və ya hakim tənqid edilir, bəzi hallarda isə təhdid və təhqir edilir. Bu isə yolverilməzdir. Mən sizi əmin edirəm ki, Avropanın heç bir ölkəsində belə məqamla üzləşə bilməzsiniz. Bu hallarda bizim hakimlərimiz aciz və müdafiəsiz qalır. Məlum olduğu kimi, cəsarətsiz və aciz hakimdən də ədalət gözləmək xeyli çətindir. Qeyd etdiyim hallar məhkəmələrə ictimai təzyiq və təsirin formalaşmasına yönələn hərəkətdir. Bu praktika məqbul deyil. Eyni zamanda kütləvi informasiya vasitələrində və digər məlumat daşıyıcılarında məhkəmə qərarlarının müzakirə edilməsi ədalət mühakiməsinin səmərəliliyinin yüksəlməsinə xidmət edən amil kimi dəyərləndirilə bilməz. Şübhəsiz ki, məhkəmələrin fəaliyyətinə ictimai nəzarət olmalıdır. Lakin bu nəzarət aşkarlıq, əlçatanlıq və məhkəmələrin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırma prinsipləri əsasında həyata keçirilməlidir”, - deyə, M. Əkbərov vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər