28 İyun 2019 19:54
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlığı Şurasının 133/134-cü sessiyaları keçirilir.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 27-də sessiya çərçivəsində Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Kunio Mikuriya ilə görüşüb.

Kunio Mikuriya ÜGT-nin Bakı şəhərində keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində ölkəmizə səfərindən, Prezident İlham Əliyevlə görüşündən məmnunluqla bəhs edib. ÜGT rəhbəri konfransın yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Prezidentinə və Hökumətinə bir daha təşəkkürünü bildirib.

Səmimi sözlərə görə minnətdarlığını ifadə edən S.Mehdiyev bildirib ki, ÜGT ilə Azərbaycan gömrüyü arasında uzun illərə söykənən səmərəli və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur və birgə həyata keçirilən uğurlu layihələr, gömrük işininin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli həyata keçirilməsi istiqamətində atılan addımlar gələcək əməkdaşlığın daha dainkişaf etməsinə öz töhfəsini verəcək.

Eyni zamanda, Azərbaycan gömrüyündə son illərdə həyata keçirilən islahatlar, gömrük işi sahəsində bu islahatların regional və beynəlxalq müstəvidə faydalarından bəhs olunub, birgə fəaliyyətin səmərəliliyinin artırılması və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər