29 İyun 2019 00:59
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada ilk dəfədir ki, oluram. Gördüyüm mənzərə məni çox heyrətləndirdi. Rayonun çox gözəl təbiəti var, hər tərəf yaşıllıqdır. Belə bir şəraitdə qızılgül yetişdirmək, təbii ki, çox əlverişlidir. Gül yağı istehsal edən zavodla tanışlıq isə mənim üçün böyük kəşf oldu. Öyrəndim ki, zavodda kosmetika və ətriyyat məhsulları üçün xüsusi yağlar, mayelər hazırlanır. Bu məhsulların həqiqətən də çox gözəl iyi var.

Bu fikirləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndə heyətinin tərkibində Zaqatalaya səfər edən Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez jurnalistlərə müsahibəsində deyib.

Xanım səfir bu bölgənin, eləcə də Zaqatalanın çox geniş turizm imkanlarına malik olduğunu xüsusi vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər