Bu gün Forumda Dünya İrs Mərkəzi direktoru xanım Hcoti Hosaqrahar "BMT-nin dayanıqlı inkişaf məqsədləri və Dünya irs üzrə dayanıqlı inkişaf siyasəti" mövzusunda təqdimat edib.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ardından italyan ekspert, 2016-2018-ci illərdə Azərbaycanda Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilmiş Tvinninq layihəsinin rezident müşaviri olmuş cənab Alessandro Bianki icra edilmiş Tvinninq layihəsi və onun nəticələri, mədəni irsin idarə olunmasında inteqrativ yanaşma təcrübəsi, xüsusilə layihə çərçivəsində regional mədəniyyət idarələri üçün hazırlanmış inteqrasiyalı idarəetmə planları barədə məlumat verib.
Ardından, yunan ekspert, Patras Universitetinin professoru xanım Nota Pantzounun moderatorlugu ilə "İrsin idarə edilməsi: dayanıqlı şəhər konservasiyası" mövzusunda dəyirmi masa müzakirəsi aparılıb.
Nahardan sonra Forum iştirakçıları Abidə menecerleri forumu iştirakçıları ilə interaktiv birgə sessiyası təşkil edilib. Sessiyanı Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler açıb və Dünya irs siyahısına daxil edilmiş mədəni landşaftlar və inteqrativ konservasiya təcrübələri mövzusunda giriş nitqi söyləyib.
Ardından hər 2 Forum iştirakçılarının iştirakı ilə birgə tematik qrup işi keçirilib.