2 İyul 2019 12:41
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti tərəfindən 1 il ərzində 7 şəhərin baş planı təsdiqlənib.

Bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, bununla da təsdiqlənmiş baş planların sayı 42-ə çatıb.

“Hazırda 3 şəhərin (Ağcabədi, Biləsuvar, Göyçay) baş planı razılaşdırma mərhələsindədir. Yaxın vaxtlarda onların da təsdiq edilməsi gözlənilir. Daha 7 şəhərin (Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran, Tərtər) isə baş planın hazırlanmasına başlanılıb. Qarşıdakı 2 il ərzində 9 şəhərin də baş planının hazırlanmasına başlanılacaq”,- deyə o vurğulayıb. /report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər