Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bərdə rayonunda inşa olunan 4 mərtəbəli 36 mənzilli, Goranboy rayonunda isə 6 mərtəbəli 54 mənzilli yaşayış evlərinin tikintisi başa çatır.
Teleqraf.com-un məlumatına görə, binalardakı mənzillərin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.
Mənzillərin verilməsi ƏƏSMN-nin rəsmi internet saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında həyata keçiriləcək.
Cari ildə Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərinin əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.
Naibə