2 İyul 2019 19:58
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı fəal, yazıçı Siyamək Mirzayi Tehranın Evin həbsxanasında aclıq aksiyasına başlayıb.

Teleqraf.com xəbər verir ki, həbs cəzası başa çatan fəal barəsində yeni cinayət işi açılmasına etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Yazıçı özü barədə hazırlanan dosyenin saxta olduğunu bildirib.

Qeyd edək ki, İran məhkəməsi Siyamək Mirzayinin azadlığa buraxılması haqda qərar versə də, naməlum səbəbdən barəsində yeni cinayət işi açılıb.

Siyamək Mirzayi iyunun 26-da məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış “İran hakimiyyəti əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər