"Bakıda Beynəlxalq "Müdafiə sənayesi" sərgisinin keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dövlətinin nüfuzu artır".
Teleqraf.com xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev 11-13 sentyabr tarixlərində Bakıda və regionda ilk dəfə keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" (ADEX 2014) sərgisi ilə əlaqədar təşkil olunan mətbuat konfransında bildirib.
Y.Musayevin sözlərinə görə, sərgiyə hazırlıq işi çox səmərəli keçib, 34 dövlətdən 200 şirkət və 22 rəsmi nümayəndə iştirak edir: "Müdafiə sənayesi sərgiləri yalnız inkişaf etmiş dövlətlərdə keçirilir. Postsovet ölkələrində bu cür sərgilər Azərbaycandan əvvəl Rusiya, Belarus, Qazaxıstanda keçirilib. Amma Azərbaycanda keçirilən sərgidə digərlərindən fərqli olaraq daha çox şirkət iştirak edir".
O, qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi artıq 15-dən çox sərgidə iştirak edib və bazara çıxardığı məhsullarla özünü təsdiq edib: "İlk sərgidə nazirlik 27 məhsul təqdim etmişdisə, indi sərgidə artıq 168 məhsulla çıxış edir".
Bəxtiyar