Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov iyulun 4-də Sumqayıt şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edib.
Teleqraf.com xəbər verir ki, nazir qəbuldan sonra Sumqayıt Regional Vəkil Bürosuna da baş çəkib.
Fikrət Məmmədov büroda yaradılmış şəraitlə tanış olub və vəkillərə tövsiyələrini verib.