4 İyul 2019 19:10
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad Təbriz şəhərində İran kəşfiyyatı (ETTELAAT) tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, fəalın iş yerində saxlanıldığı bildirilir.

Onun harada saxlanıldığı, həmçinin barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.

ETTELAAT əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə basqın edərək, məhkəmənin icazəsi olmadan axtarış aparıblar.

Məlumata görə, Ruhulla Əhmədnəjadın qardaşına məxsus bir çox kitab, computer və yaddaş kartı götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər