6 İyul 2019 17:30
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İran İslam Respublikasından gələn qadın Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı olan həmin şəxsin üzərində aparılan şəxsi yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofona bükülmüş 10 ədəd yumru formalı bağlamada, ümumi çəkisi 197 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər