6 İyul 2019 15:10
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi və Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi münasibəti ilə Azərişıq ASC jurnalistlər üçün media-tur təşkil edib.

Teleqraf.com xəbər verir ki, ikigünlük media-turda 30-a yaxın kütləvi informasiya vasitəsinin əməkdaşı iştirak edib.

Biləsuvar, Cəlilaba, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarını əhatə edəcək səfər zamanı jurnalistlər "Azərişığ"ın Cənub zonasında gördüyü yenidənqurma işləri ilə tanş olacaq.

"Azərişığ"ın mətbuat xidmətinin sözlərinə görə, ümumilikdə 7 rayonu əhatə edən "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 200 mindən çox abunəçi var:

"Bu səfərimizi Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi və Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi münasibəti ilə təşkil etmişik. Bildiyiniz kimi ümummilli liderimiz ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə sabitlik yarandı və iqtisadiyyat, mədəniyyət, sosial və digər sahələrdə geriləmə inkişafla əvəz olundu. Məhz onun sayəsində enerji sektorunda ötən əsrin 60-cı illərində başlamış inkişaf sonrakı illərdə də davam etdi. Məhz onun bu uğurlu və mislisiz siyasətini layiqli davamçısı cənab Prezident İlham Əliyev də davam etdirdi. Məhz bunun nəticəsidir ki, son illər bütün sahələrdə olduğu kimi energetika sahəsində də davamlı inkişaf gedir.

Günü-gündən abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatında nəzərəçarpacaq dəyişikliklər baş verir. Hesab edirəm ki, media bu yenilikləri işıqlandırmalıdır.

Hazırda səfər etdiyimiz "Cənub" RETSİ ərazisində 206 min abunəçi var ki, onların da 93,7%-i və ya 193 mini əhali arupu abunəçilər, 6,3%-i yaxud 13 mini isə qeyri-əhali qrupu abunəçilərdir".

Media-tur çərçivəsində jurnalistlərin ilk dayanacağı Cəlilabad rayonu olub. Rayonda həyata keçirilən tədbirlər barəsində jurnalistlərə məlumat verən Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Maarif Novruzov deyib ki, regionda olan abunəçilərin 20,4%-i təkcə Cəlilabadın payına düşür:

"Hazırda rayonda 42 min abunəçi var. Onlardan 39 mini əhali qrupu, 3 mini isə qeyri-əhali qrupuna aiddir. Burada 110/35/10 Kvt-luq Cəlilabad yüksık gərginlikli elektrik ötürücü yarımstansiyası yerləşir ki, bu da 300 min əhalinin elektrik təchizatını yaxşılaşdırılması üçün nəzərdə tutukub və hazırda Cəlilabadın 230 min əhalisi var. Bu da yarımstansiyanın gələkək inkişaf perspektivinin olduğunu göstərir. ".

Xatırladaq ki, Cənub rayonlarına təşkil edilən media-səfər Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə Azərenerji və Azərişıq ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər