6 İyul 2019 16:59
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnamə kapitalı 6000000 (altı milyon) manat həcmində müəyyənləşdirilib.

Bu, Baş Nazir Novruz Məmmədovun “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.

Qərara əsasən, cəmiyyətin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq cəmiyyətin mülkiyyətinə verilən və qanunla müəyyən edilən qaydada qiymətləndirilən aktivlərin balans dəyərindən təşkil olunacaq.

Cəmiyyətin əmlakı isə əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir.

Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunacaq. Cəmiyyət öz əmlakı üzərində “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirəcək.

Cəmiyyətin əmlakının dəyəri onun balansında göstəriləcək. Cəmiyyətin nizamnamə kapitalı onun səhmlərinin nominal dəyərindən təşkil olunacaq. Nizamnamə kapitalı nominal dəyəri 1 (bir) manat olan 6000000 (altı milyon) ədəd adi səhmdən ibarətdir.

Cəmiyyət müstəqil büdcəyə malikdir. Cəmiyyətin büdcəsi maliyyə ilinin başlamasından əvvəl Kənd Təsərrüfatı naziri tərəfindən təsdiq ediləcək.

Cəmiyyət ona verilmiş əmlakdan yalnız “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanında və bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edəcək.

Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Mülki Məcəllədə nəzərdə tutulan qaydada həyata keçiriləcək.

Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

Cəmiyyət qanunla müəyyən edilən vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş vəsaitdən təyinatı üzrə istifadə edəcək. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər