"Azərbaycan iqtisadi inkişafı ilə miqrantlar üçün cəlbedici ölkəyə çevrilib və son illər ölkəyə gələn miqrantların sayı xeyli artıb".
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev AHİK və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan-Avropa Regional Şurasının birgə qərarı ilə keçirilən "Gənclərin miqrasıya problemləri" mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.
S.Mehbalıyev vurğulayıb ki, Azərbaycanda miqrasiya probleminin aktuallığına xüsusi diqqət yetirilir: "Son illər miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə əsaslı işlər görülüb, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib, beynəlxalq konvensiya və sənədlərə imza atılıb".