10 Sentyabr 2014 14:39
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 15 yaşı tamam olmamış şəxslərə fərdi identifikasiya kartı veriləcək.

Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Əsasnamə 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.

Bu fərmana əsasən, Nazirlər Kabineti 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının 2015-ci il dekabrın 1-dən verilməsini təmin etməlidir. NK həm də 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının hazırlanması və müvafiq texniki vasitələrin alınması ilə bağlı maliyyələşdirmə məsələlərinin həlli məqsədi ilə zəruri tədbirlər görməlidir.

Fərmanın icrasının gedişi barədə hər altı aydan bir Azərbaycan Prezidentinə məlumat veriləcək.
Fərmana uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin edəcək.

Prezident 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də və "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman da imzalayıb.


Müəllif:

Oxşar xəbərlər